Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər - FOTO
    • 22-04-2024, 12:26
    • 190

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər - FOTO

Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır.

Erməni şərhçi yazır ki, “mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik”.

Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.