Sərkisyandan 4 kənd açıqlaması: “Təhvil verilsə...”
    • 1-04-2024, 21:50
    • 273

Sərkisyandan 4 kənd açıqlaması: “Təhvil verilsə...”

Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin yeni yollar çəkilmədən Azərbaycana təhvil verilməsi nəzərdə tutulur.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Oskan Sərkisyan deyib.

Jurnalistin iddiasına görə, müvafiq sualla Tavuş qubernatoru Hayk Qalumyana müraciət edib:

“Sorğu ünvanladım ki, Azərbaycanın 4 kəndinin təhvil verilməsindən sonra İcevan-Noyemberyan və Ermənistan-Gürcüstan dövlətlərarası xəttinə alternativ yeni yolların tikilməsi nəzərdə tutulub, tutulubsa, neçə kilometr uzunluğunda olacaq?

Qubernatordan belə bir cavab almışam: “Hələ belə bir qərar verilməyib”.

Belə bir qərar yoxdur, amma martın 18-də Baş nazir Nikol Paşinyan Voskeparda (tarixi adı Əskipara – red.) 4 kəndin Azərbaycana təhvil verilməsindən sonra bölgə sakinlərinin yol problemi narahatlığına cavab olaraq, Voskeparda tunel tikiləcəyini, Yenokavan-Cucevan yolunun çəkiləcəyini açıqlamışdı. Hələlik sərhəd zolağının həmin hissəsində yeni yolların çəkilməsi ilə bağlı heç bir qərar yoxdur”.

Sərkisyan kəndlərin təhvil verilməsindən sonra həmin ərazilərdən keçən yolların Azərbaycanın nəzarətinə keçəcəyini vurğulayıb.