Anası tərəfindən vəhşicəsinə döyülən uşaqdan xəbər var-
    • 2-05-2019, 12:13
    • 1 792

Anası tərəfindən vəhşicəsinə döyülən uşaqdan xəbər var- "qolu və ayaqları..."

Anasının vəhşicəsinə döydüyü 9 yaşlı uşaq internata yerləşdiriləcək.
 
Bu barədə News24.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. 

nun sözlərinə görə, aprelin 30-da polis 9 yaşlı uşağı taparaq sığınacağa təhvil verib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) insidentlə bağlı araşdırmalara başlanılıb. Uşağın qoluna, boğazına və buduna xəsarətlər yetirilib. Hazırda azyaşlının vəziyyəti normaldır. Anası onu dəfələrlə döyüb və buna görə də uşaq evdən qaçıb.

M.Zeynalova bildirib ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Aparatına xəbər verilib. Yerli qəyyumluq şöbəsi nəzarətə götürəcək. Hazırda faktla bağlı həmin qurumlarda araşdırmalara başlanılıb”. 

Qurum rəsmisinin sözlərinə görə, ana uşağından imtina edib: “Ana ilə də danışmışıq, uşağı internata verəcəyini bildirir, deyir ki, onu idarə edə bilmir. Gecələr işləyir, uşaqla məşğul ola bilmir”. 

Afaq Mirayiq