Qənirə Paşayeva I Azərbaycan Autizm Festivalında insanlara çağırış edib - FOTO - VİDEO
    • 2-05-2019, 12:22
    • 1 058

Qənirə Paşayeva I Azərbaycan Autizm Festivalında insanlara çağırış edib - FOTO - VİDEO

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Autist Uşaqların Reabilitasiyasına Kömək İB-nin təşkilatçılığı ilə keçirilən I Azərbaycan Autizm Festivalında çıxış edib.

News24.az xəbər verir ki, özünü autizm sindromlu uşaqların dostu adlandıran və onların problemlərini Milli Məclisdə hər zaman diqqətdə saxlamağa çalışdığını deyən millət vəkili Q.Paşayeva autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək göstərilməsi məqsədilə təşkil etdikləri bu tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirdə çox sayda könüllülərin iştirak etməsindən şad olduğunu deyib.

O, bildirib ki, autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi, peşəkar kadrların hazırlanması məsələsinə böyük önəm verməliyik deyib. Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. “Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir”, – deyən millət vəkili Q. Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər il daha da artması, ölkəmizin Birinci Xanımı, 1-ci vitse-prezident Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb: “Autizmlə bağlı cəmiyyətin geniş maarifləndirilməsinə ciddi ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva ilk öncə ailələrin bununla bağlı geniş maariflənidirilməsinə ciddi ehtiyac var. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar.

Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar.

Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb və iş adamlarını autizm sindromlu uşaqlara kömək olan təşkilatlara dəstək olmağa çağırıb. Bütün cəmiyyətimiz bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır ki, autizmli uşaqlar özlərini fərqli hesab etməsinlər, çünki onların hər biri bizdən biridir. 

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.