Ermənilərə XƏBƏRDARLIQ: Aşağı Əskiparada partlayış olacaq
    • 22-04-2024, 22:08
    • 137

Ermənilərə XƏBƏRDARLIQ: Aşağı Əskiparada partlayış olacaq


Aprelin 22-də saat 20:10-dan 20:30-a kimi Əskipara (Voskepar) - Aşağı Əskipara ərazisində, çayın sol hissəsində və Bağanis Ayrımdan 750 m şimal-şərqdə minatəmizləmə işləri çərçivəsində partlayış baş verəcək.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

“Qonşu ərazidə yaşayan sakinlərdən panikaya düşməmələri xahiş olunur”, - məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması barədə razılaşmadan sonra Ermənistan MN ərazidə minatəmizləmə işləri aparır və postlarını sökür.