6,1 bal gücündə zəlzələ qeydə alındı
    • 23-04-2024, 09:27
    • 456

6,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən altı kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı yeddi kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, adada gün ərzindəki sayca dördüncü güclü zəlzələdir.