Tank bölmələrində yarış keçirildi - VİDEO
    • 23-04-2024, 14:37
    • 107

Tank bölmələrində yarış keçirildi - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

News24.az bildirir ki, bu baRƏDƏ mÜDAFİƏ nAZİRLİYİ MƏLUMAT YAYIB.

Bildirilib ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.  

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.