Qəribə toy - Bəy də özü oldu, gəlin də - VİDEO
    • 1-08-2018, 15:44
    • 1 489

Qəribə toy - Bəy də özü oldu, gəlin də - VİDEO

Avstraliyada yaşanan toy mərasiminin görüntüləri sosial şəbəkədə izləmə rekordları qırıb. 

News24.az-ın məlumatına görə, gəlin əlində tutduğu güzgüyə baxaraq sədaqət andı içib. Başqa sözlə desək, 34 yaşlı avstraliyalı Linda Doktar özü ilə evlənib.

Linda özü ilə evlənərkən çimərlikdə toy etməyə qərar verib. Xoşbəxt "bəy-gəlin" toydan sonra özü ilə bay ayına çıxıb və bal ayından gözəl anlarını əks etdirən şəkillər paylaşıb.

Xatırladaq ki, Linda özü ilə evlənən ilk insan deyil. 

İtaliyanın şimalında, Lissona qəsəbəsində yaşayan 40 yaşlı Laura Mesi də evlənməyə özünə layiq kişi tapmayınca özü özünə elçi düşüb. İndi Laura yalnız evliliyinin dadını çıxardır. 

İlhamə