UEFA-dan AVRO-2024-lə bağlı qərar
    • 23-04-2024, 19:50
    • 422

UEFA-dan AVRO-2024-lə bağlı qərar

AVRO-2024-də iştirak edən komandaların sifariş vərəqinə daxil edə biləcəyi futbolçuların sayı dəqiqləşib.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı UEFA verib.

Avropa çempionatının final mərhələsinin iştirakçıları yarış üçün 26 futbolçu sifariş edə biləcək. Öncədən bu rəqəmin 23-ə bərabər olacağı gözlənilirdi.

UEFA ilk dəfə AVRO-2020-də yığmalara 26 futbolçu sifariş etmək icazəsi verib. Həmin vaxt bu addım koronovirusun fəsadları və sıx təqdim üzündən belə addım atıb. FİFA DÇ-2022-də də eyni sayda oyunçu sifarişinə icazə versə də, "23-lük" qaydasının tətbiqinə qayıdılacağı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.