Bu yay üçün REKORD İSTİLİK gözlənilir - VİDEO
    • 24-04-2024, 08:25
    • 229

Bu yay üçün REKORD İSTİLİK gözlənilir - VİDEO

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nəticələri "Geophysical Research Letters" jurnalında dərc olunub.

News24.az oxu.az-a istinadən xəbər verir ki, proqnoz Hindistan və Afrikanın çox hissəsi, Mərkəzi və Cənubi Amerika və Avstraliya da daxil olmaqla dünyanın bir çox bölgəsinə aiddir, eyni zamanda Florida və Texası da əhatə edir.

Qeyd edək ki, sağlam insanların əksəriyyəti quru istiliyə dözə bilər, lakin yüksək temperatur və yüksək rütubətin birləşməsi bədən üçün ciddi stress yaradır. Rütubət nə qədər yüksək olarsa, tər bir o qədər az buxarlanır, soyutma təsirini azaldır və bədən istiliyini normal hədlər daxilində tənzimləməyi çətinləşdirir.