-
- 1-08-2018, 15:52
- 3 233
"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir" - Azərbaycanda gey və lezbilər necə yaşayır?
"Təxminən on il bundan əvvəlki müddət ilə müqayisədə LGBT icması özünü daha rahat ifadə edə bilir. Bu, həm geyim, həm həyat tərzi, həm də peşə seçimində görünür", LGBT fəalı Gülnarə Mehdiyeva deyir.
Amma əlavə edir ki, bu dəyişiklər hələ ki, ancaq Bakıda müşahidə olunur.
İLGA-Europe-nın (müstəqil beynəlxalq qeyri-hökümət təşkilatı) bu ilin mayında açıqladığı hesabatında Azərbaycan, ötən illər olduğu kimi LGBT icması üçün şəraitlərə görə Avropada yenə də sonuncu yerə çıxıb.
Yaşlı nəsil həm ənənələrə uyğun, həm də sovet vaxtından formalaşmış homoseksuallığı cinayət kimi qəbul edən mövqelərini dəyişmirlər. Ailədə homoseksual uşaq varsa, imkan daxilində bu, digər qohumlardan gizlənilir, imkan olmasa isə uşaq və valideynlər qınağa məruz qalırlar, LGBT fəalları öz müşahidələrini bölüşürlər. Bəzi cinsi azlıqlar deyirlər ki, öz seksual oriyentasiyaları ilə bağlı etiraflardan sonra valideynlərin, əsasən də anaların münasibəti dəyişir. Onlar uşağını anlamağa çalışırlar. Amma gey uşağının maraqlarını digərləri qarşısında müdafiə etmək valideyndən hələ ki həddindən artıq cəsarət tələb edir. Amma ümumilikdə cəmiyyətin mühafizəkarlığı valideynlərə uşağını qəbul etdikdə belə, onun maraqlarını qorumağa və ya uşağına yiyə çıxmaqlarına imkan vermir, LGBT fəalları vurğulayırlar.
Fəridənin hekayəsi: "Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim"
21 yaşlı Fəridənin bioqrafiyasında "uğursuz nikah" da qeyd olunub. Deyir ki, bu, onun öz həyatını yaşamaq üçün ödədiyi "vergisi idi". "Məktəbdə ikən yetkinlik dövründə qızlar oğlanlarla danışardı, bir-birilərindən xoşu gələrdi. Mən isə yalnız müəllimələrimə baxırdım - məktəbimiz təzə tikilmiş idi, müəllimələr də hamısı gənc idi. O vaxtı heç bir məlumatım yox idi, heç nəyi qanmırdım. Məktəbi bitirəndə evə kompüter alındı. Elə o vaxtı ilk dəfə Youtube-də Rusiyanın vaxtilə məşhur qrupu olan "Tatu" qrupunun mahnısını eşitdim. Mahnının klipində iki qız öpüşürdü. Bunu görəndə təəccübləndim: deməli, mən tək deyiləm, belə insanlar da var! Axı içimdəkiləri heç yaxın dostlarıma belə deməmişdim, düşünürdüm ki, mənə xəstə kimi baxarlar. Klipin altında şərhləri oxuyarkən "lesbiyan" sözü ilə qarşılaşdım. Google-də axtarış verdım, xeyli oxudum, icma da tapdım".
"Deyərdilər ki, qız nədir, küçə nədir?"
Fəridə ailədaxili münasibətləri xatırlayır: "Atamla elə də aram yoxdur, oturub onunla bir kəlmə kəsim - yox, bizim ailədə beləsi yoxdur. Məktəb illərində heç vaxt küçəyə belə çıxmamışam, deyərdilər ki, qız nədir, küçə nədir? Məktəbimiz evimizin yanında idi, amma anam məni maşınla məktəbə aparıb gətirirdi. "Kişi, məncə, çox ədalətsiz məxluqdur. Ancaq özünü fikirləşir. Çevrəmdə bütün ailələrdə qadınlar döyülür, hörmət görmürlər. Bu, ədalətsizlikdir, axı qadınla kişinin gücü eyni deyil. Atam anamı heç nədən döyürdü, biz, uşaqlar araya girəndə beş - on şapalaq da bizim payımıza düşürdü." "18 olanda artıq bir az internetdə araşdırmalara başladım, hüquqlarım barədə oxudum. Hər-halda dövr dəyişir, insan inkişaf edir."
"Zənnimcə, anam lezbiyan olduğumdan şübhələnirdi. Yavaş-yavaş anamın reaksiyasını öyrənməyə çalışırdım. Əvvəllər homoseksuallıq haqqında eşidəndə təhqiredici sözlərdən istifadə edirdi. Amma bir dəfə "uşaqlarımın biri homoseksual olsaydı, onu öldürərdim" dedi.
"Təxminən bir il bundan qabaq LGBT icmasının sosial şəbəkədəki bir qrupunda video müsahibə vermişdim. Anam onu izləyəndən sonra otağıma gəlib telefonumu əlimdən aldı, divara çırpdı. Məni döydü, qollarım gömgöy idi. Amma ona "sənin övladınam və heç nə dəyişmir, mən, sadəcə öz şəxsi həyatımı yaşamaq istəyirəm, sənin mənimlə belə davranmaq haqqın yoxdur", dedim. Səhəri gün anamın hirsi bir qədər soyudu, ikimiz də ağladıq."
"Evdə qadın hüquqları haqqında danışırdım, anama hətta bir az olsa da feminizmi aşılamışam."
"Düzdür, mən lezbiyanlıq və feminizm anlayışları arasında bərabərlik işarəsi heç qoymuram, amma hesab edirəm ki, hər bir qadın özünə hörmət etməlidir. Bizim cəmiyyətdə isə qadınların hüquqları daimi tapdalanır, qadın özü heç bir qərar qəbul edə bilməz."
"Evlənmək üçün uyğun bir adam tapdım"
"Evdə məni çox sıxışdırırdılar, "Hara getdin?", "Nə vaxt qayıdacaqsan?" "Kiminlə söhbət edirsən?" sualları məni bezdirmişdi. Evdən çıxmaq istədim və evlənmək üçün uyğun bir adam tapdım, oğlan da homoseksual idi".
"Bu, Azərbaycanda homoseksuallar arasında yayılmış bir təcrübədir. Valideynlərin evində qalıb öz həyatını yaşaya, özünü ifadə edə bilməyən şəxs əks cinsdən homoseksual bir fərdlə nikaha daxil olmaq qərarı verir. Adətən, valideynlər bu barədə məlumatsız olurlar, xəbərləri olsa belə üstünü vurmurlar.
"Oğlanın ailəsi bundan xəbərsiz idi", - Fəridə hekayəsinə davam edir, - "Elə mənimkilər də. Təkcə anam bilirdi ki, evdən uzaqlaşmaq üçün nikaha girirəm. Atam heç bir kəlmə də demədi mənə, anam aramızda vasitəçimiz idi." "Nə isə, anama dedim: "Hazırlaş, elçi gəlir". İnanmadı: "Sən hara, evlənmək hara!" "Çünki uşaqlıqdan evdə qırğın-dava ab-havasını görərkən, "heç vaxt evlənməyəcəyimi" deyirdim. Atam anamı biz, uşaqların gözü qabağında döyüb, qabırğasını sındırıb. Nə isə, toy günü, "Vağzalı"dan keçmək, toyda yanbayan oturmaq əlavə bir gərginlik idi. Bunlara necə dözdüm, bilmirəm. 20 gün evli kimi yaşadıq. Amma yoldaşımın problemləri var idi, məni evdə qapalı saxlayırdı və ailəmə "ayrılmaq istəyirəm" dedim. Oriyentasiyam mövzusuna yenidən, "uğursuz evliliyimdən" sonra qayıtdım. Sevdiyim qızdan ayrılandan sonra evə gəlib ağlayırdım, anam isə mənə dəstək verirdi. Özü internetdə LGBT mövzusunu araşdırıb, məlumat alıb və mövqeyini dəyişdi.
Həyatımda tək anam var, o, mənim idealımdır. Demək olar ki, müasirdi. Bacımı mənim qədər sıxışdırmırlar. Elə bil məndən sonra valideynlərimin gözü qorxub", - gülümsəyir.
Xaricə getmək istəyirsən? Onda oxu, dil öyrən!"Kamili ailəsində qəbul ediblər, amma bu barədə özgələrlə danışmağı sevmirlər.
20 yaşlı gənc məktəbli olarkən gey olduğunu anlayıb: "Düşünürdüm, axı niyə öz cinsimdən olanlar xoşuma gəlir? Davranışımdan orientasiyam bilinirdi. Bir dəfə məktəbdə ayaq yolunda döyülmüşəm. Məktəbin sonuna kimi məni ələ salırdılar, söz atırdılar".
Onuncu sinifdə olanda Kamil anasına etiraf etmək qərarını verib. "Yadımdadır, anamla həkimdən qayıdırdıq. Ona dedim: "Ana, sənə deyəcək vacib sözüm var". Uzaqdan başladım, təbiətdə canlılardan, heteroseksual, homoseksuallardan danışdım."
"Anam mənə "indi nə demək istəyirsən, sən də eləsən?" dedi.
"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir".
Heç nə demədi, susdu. Gözləri dolmuşdu. Bunu biruzə verməmək üçün üzünü kənara çevirdi - bu, mənə çox təsir etdi."
"Evdə bacıma dedi. O isə "Öz həyatındır, özün bilərsən" cavabını verdi."
"Üstündən bir həftə keçdi. Anam "eybi yox, evlənərsən, keçib gedər" dedi. Anamın hər axşam otaqda ağladığını eşidirdim. Atam soruşdu: "Nə baş verir?"
"Anama "sən atama demə, özüm deyəcəm" xəbərdarlığını eləsəm də, anam ona hər şeyi danışdı.
Bir müddət ailədə gərginlik yarandı.
Bir gün atam mətbəxdə olarkən mənə yaxınlaşdı və dedi: "Sən, deyəsən xaricə getmək istəyirdin?" "Bəli, istəyirəm!" - dedim.
"Onda xaricə gedib istədiyin həyatı yaşamaq üçün dil öyrən, peşə sahibi ol və rahat get", - cavab verdi. O, mənə həqiqətən də dəstək oldu.
Amma hiss edirdim ki, o da üzülür. Düzdür, xətrimə dəyən olmadı, hisslərini biruzə verməyib dərdini içində çəkirdi.
Homoseksual olduğumu bilən ilk adamlardan biri də nənəm oldu.
Mətbəxdə oturmuşdu, məni görəndə nəsə demək istədiyimi anladı: "Nədir, bala, pul istəyirsən?" - soruşdu.
Dözmədim, hamısını danışdım, dedim ki, mənim qadınlardan yox, kişilərdən xoşum gəlir.
Donub qaldı nənəm. Sonra söhbəti zarafata çevirmək istədi: "Nə olar, dost dostu sevər də!". Amma sonradan ciddi olduğumu anladı.
Bir gün əmimgildə ürək və LGBT-nin göyqurşağı rənglərindəki bayrağının şəklini çəkdim. "Bəs bunun mənasını bilirsən?" əmim deyə yanıma yaxınlaşdı. Ağladığımı gördü. Amma məni qəbul etdi.
Hətta psixiatra da müraciət etmişdik. Nənəmlə həkimin yanına getdik. Səhhətimlə bağlı psixiatr mənə məsləhət verdi, sonra isə nənəmə də homoseksuallıq haqqında məlumat verdi: "Heç kəs beyninə salıb homoseksual olmur", - dedi".
"Sizə bir söz deyim. Bu, mənim yeganə qızımdır. Üç-dörd uşağım olsaydı, bəlkə də mən onunla dalaşıb-küsüb, evdən qovardım. Baxma, yenə də övladdır, keçə bilmirəm qızımdan."
Əlbəttə ki, belə olmağını istəməzdim. Mən də istəyərdim ki, qızım ərə getsin, uşaqları olsun. Mən bunun belə olmasını tələbəçiliyinin son illərində bilmişəm. 21 yaşı var idi... Düzdür, aramızda narazılıqlar, davalar oldu, arada küsüb evdən də getdi. Amma gördüm ki, bu, vəziyyəti dəyişmir. Mən uşağımı itirə bilərəm.
Amma mənə elə gəlir ki, bu, ötəridir və bir zaman hər şey dəyişəcək. Ona görə də zamana buraxmışam. Bilirsiniz, qızımı güclə istəmədiyi birinə ərə verib bədbəxt etməkdənsə..."
Mən özüm də oğlan kimi geyinməyi sevmişəm. Sovet vaxtında şalvar geyinən qıza bir az pis baxırdılar, mən isə cins şalvar geyinirdim. O vaxtı bütün bu "qeyri-adiliklər" gizli idi, bilmirdik ki, oğlan qadın kimi olar, qız oğlan kimi... Çox nadir bir hal idi.
Uşaqlıqdan eşitmişəm belələri haqqında. Hətta qonşuluğumuzda biri var idi, qız idi, amma özünü kişi kimi aparırdı.
İnstituta daxil olanda ona elə gözəl geyimlər almışdım... Makiyajı, bər-bəzəyi...
Yanına gələn o qızlara da deyirəm, ay qızım, ərə get, bu nə həyatdır? Heç olmasa, bir uşağın olsun, sonra get, nə həyat yaşayırsan, yaşa. Biz dünyada nəyə görə yaşayırıq - övlad üçün, düzdür?
Heç bir ana bunu istəməz, ancaq nə edim? Məcburam, qəbul edim."
"Haradan bilim? Bir qız gəlirdi yanına, elə bilirdim, rəfiqəsidir. Sonra gördüm ki, münasibətlərində qısqanclıq var.
Qohum-əqrabamız çoxdur, amma heç kəs bilmir. İstəməzdim bilsinlər, baxma, özümüz kənddənik. Özü də çox aşkarlamır. Heç görünüşü də şübhələndirmir.
Bir dəfə istədiyi oğlan da olub. Amma onunla ünsiyyətdə yanılıb. Məncə, bundan sonra oldu bunlar. İstəsə, öz istədiyi adam çıxsa, ərə də gedər, uşağı da olar. Yanına gələn qızlara da baxıram. Bax, bayaqları o oğlana oxşayanı gördün? Onun köhnə şəkillərini görmüşəm, uzun saçlı, gözəl geyimli qızdır.
Deyir, keçmişdə sevgilisi də olub, hətta hamilə də qalmışdı. Amma alınmadı. Deyir, kişilərə ümid yoxdur. İndi düşünürəm ki, bu cür hallar kişilərdə özündəki qüvvəni tapmadıqda yaranır. Kişi alçaqlıq edir, xəyanət edir, qız da dönür. Bunlar hamısı kişilərin günahıdır.
Mən elə anayam ki, heç bir saatlıq da qızımı qoyub getməzdim. Amma indi elə zəmanədir ki, uşağını tuta bilmirsən. Qabaqlar heç uşaqlar bilməzdi lesbiyan kimdir. İndi soruşsan, hamı bilir. Bu qədər məlumatın olması da pisdir. İnsan hər şeyi biləndə, həyatdan da bezir, deyir, maraqlı deyil.
Uşaqlar da özündən razı olur, deyir: "Özüm bilirəm". Bizləri, axı belə böyütməyiblər. Biz düşünürdük: 25 yaşım olacaq, ərə gedəcəm, uşağım olacaq. Nə bilim indikiləri..."
"Heç olmasa, bir uşağı olsun"
"Gülnarəyə demişəm, nə edirsən et, amma heç olmasa, bir uşağın olsun, davamçın olsun. Sabah mən öləndə, qocalarsan, qapını döyüb dərmanını verən olsun. Deyirəm, mən nə qədər sağam, uşağı ver mənə, baxaram. Bəlkə gələcəkdə uşağından utanar?... Uşağı olsa, normal qəbul edərəm.
Qızımın atası ilə münasibətləri yaxşı olmasa da, var.
Hə, dostlarım da var, dostsuz adam olmaz ki. Amma onlarla da ürək ağrımı bölüşə bilmərəm. Sabah mən onlarla sözləşsəm, sirrimi başıma vurarlar. Ona görə söz-söhbət və ya bir şübhə yaranan kimi, dərhal qızımı müdafiə etmişəm. Adam öz sirrini qırağa çıxarmaz. Mənə "dəli" deyərlər. Kaş ki, qızım məndən bunları gizlədərdi, heç mən bilməzdim".
Onun sözlərinə görə, mediada intihar hadisələri haqqında məlumatda çox vaxt nə intiharın səbəbi, nə də ki, şəxsin seksual oriyentasiyası açıqlanır: "LGBT təmsilçisi olduğunu biz öz şəbəkəmizdən bilirik", - o, deyir.
"Hətta uşağı vəfat etdikdən sonra valideynlər onun homoseksual olduğunu etiraf etməkdən çəkinir və bunu gizlətməyə çalışırlar", Cavid Nəbiyev əlavə edir.
O deyir ki, bəzi cinsi azlıq nümayəndələri ailələrinin onlara təzyiqlərinə tab gətirmədiyi üçün intihara əl atıblar.
BBC News Azərbaycanca siyahıdakı bəzi adları şərti verib.
İsa (1994-2014) - LGBT fəalı, azad LGBT cəmiyyətinin sədri. Cinsi mənsubiyyətinə görə ailəsi onu qəbul etmədi, atası onunla danışmırdı, anası isə "ailənin rüsvayı" adlandırırdı. İsanı öncə homoseksuallıqdan "müalicə" etmək istəyirdilər, sonra isə evdən qovdular. Sosial şəbəkədə son ismarıcını yayaraq, LGBT göy qurşaqlı bayraqdan özünü asaraq intihar etmişdi.
Rəvan - ad şərtidir (1995-2018) - Dizaynla məşğul olan Rəvan Bakıda kollecdə oxuyurdu. Tələbə yoldaşları onu çox şən, pozitiv biri kimi tanıyırdılar. İctimai fəaliyyətdə aktiv iştirak edirdi. 2018-c ildə intihar edib.
Həbib - ad şərtidir (2000-2017) - uşaq incəsənət mərkəzlərinin birində çalışıb. İddia olunur ki, ögey atası ona "pullarını geylərə xərclədiyinə görə" təzyiqlər göstərib, ailəsini rüsvay etməkdə ittaham edib. Dostları Həbibin bu təzyiqlərə tab gətirmədiyini və intihar etdiyini deyir.
Cəlil - ad şərtidir (2000-2017) - psixologiya fakultəsinin ilk kursunda oxuyan Cəlil saçlarını boyadıqdan və qulağına sırğa taxdıqdan sonra ətrafdakıların homofob əhval-ruhiyyənin hədəfinə çevrilir. Dostları iddia edir ki, o məhz bu təzyiqlərin öhdəsindən gələ bilmədiyi üçün intihara əl atıb.
Həlimə - ad şərtidir. (1997-2015) - özünü lezbiyan kimi göstərən qız regionların birindən Bakıya gəlibmiş, onu tanıyanlar iddia edir ki, ailəsinin gözləntilərinə cavab verə və özü ilə mübarizə apara bilmədiyi üçün intihar yolunu seçib.
Taleh - ad şərtidir (1991-2015) - regionların birindən gəlmiş şəxs transgender idi və seks-işçisi kimi fəaliyyət göstərib. Qazandığı pulları evinə, valideynlərinə göndərib. Bir gün ailəsi onun kim olduğunu bilib və təzyiq göstərib. Taleh təzyiqlərə dözməyib intihar edib.
//BBC
Amma əlavə edir ki, bu dəyişiklər hələ ki, ancaq Bakıda müşahidə olunur.
İLGA-Europe-nın (müstəqil beynəlxalq qeyri-hökümət təşkilatı) bu ilin mayında açıqladığı hesabatında Azərbaycan, ötən illər olduğu kimi LGBT icması üçün şəraitlərə görə Avropada yenə də sonuncu yerə çıxıb.
Yaşlı nəsil həm ənənələrə uyğun, həm də sovet vaxtından formalaşmış homoseksuallığı cinayət kimi qəbul edən mövqelərini dəyişmirlər. Ailədə homoseksual uşaq varsa, imkan daxilində bu, digər qohumlardan gizlənilir, imkan olmasa isə uşaq və valideynlər qınağa məruz qalırlar, LGBT fəalları öz müşahidələrini bölüşürlər. Bəzi cinsi azlıqlar deyirlər ki, öz seksual oriyentasiyaları ilə bağlı etiraflardan sonra valideynlərin, əsasən də anaların münasibəti dəyişir. Onlar uşağını anlamağa çalışırlar. Amma gey uşağının maraqlarını digərləri qarşısında müdafiə etmək valideyndən hələ ki həddindən artıq cəsarət tələb edir. Amma ümumilikdə cəmiyyətin mühafizəkarlığı valideynlərə uşağını qəbul etdikdə belə, onun maraqlarını qorumağa və ya uşağına yiyə çıxmaqlarına imkan vermir, LGBT fəalları vurğulayırlar.
Fəridənin hekayəsi: "Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim"
21 yaşlı Fəridənin bioqrafiyasında "uğursuz nikah" da qeyd olunub. Deyir ki, bu, onun öz həyatını yaşamaq üçün ödədiyi "vergisi idi". "Məktəbdə ikən yetkinlik dövründə qızlar oğlanlarla danışardı, bir-birilərindən xoşu gələrdi. Mən isə yalnız müəllimələrimə baxırdım - məktəbimiz təzə tikilmiş idi, müəllimələr də hamısı gənc idi. O vaxtı heç bir məlumatım yox idi, heç nəyi qanmırdım. Məktəbi bitirəndə evə kompüter alındı. Elə o vaxtı ilk dəfə Youtube-də Rusiyanın vaxtilə məşhur qrupu olan "Tatu" qrupunun mahnısını eşitdim. Mahnının klipində iki qız öpüşürdü. Bunu görəndə təəccübləndim: deməli, mən tək deyiləm, belə insanlar da var! Axı içimdəkiləri heç yaxın dostlarıma belə deməmişdim, düşünürdüm ki, mənə xəstə kimi baxarlar. Klipin altında şərhləri oxuyarkən "lesbiyan" sözü ilə qarşılaşdım. Google-də axtarış verdım, xeyli oxudum, icma da tapdım".
"Deyərdilər ki, qız nədir, küçə nədir?"
Fəridə ailədaxili münasibətləri xatırlayır: "Atamla elə də aram yoxdur, oturub onunla bir kəlmə kəsim - yox, bizim ailədə beləsi yoxdur. Məktəb illərində heç vaxt küçəyə belə çıxmamışam, deyərdilər ki, qız nədir, küçə nədir? Məktəbimiz evimizin yanında idi, amma anam məni maşınla məktəbə aparıb gətirirdi. "Kişi, məncə, çox ədalətsiz məxluqdur. Ancaq özünü fikirləşir. Çevrəmdə bütün ailələrdə qadınlar döyülür, hörmət görmürlər. Bu, ədalətsizlikdir, axı qadınla kişinin gücü eyni deyil. Atam anamı heç nədən döyürdü, biz, uşaqlar araya girəndə beş - on şapalaq da bizim payımıza düşürdü." "18 olanda artıq bir az internetdə araşdırmalara başladım, hüquqlarım barədə oxudum. Hər-halda dövr dəyişir, insan inkişaf edir."
"Zənnimcə, anam lezbiyan olduğumdan şübhələnirdi. Yavaş-yavaş anamın reaksiyasını öyrənməyə çalışırdım. Əvvəllər homoseksuallıq haqqında eşidəndə təhqiredici sözlərdən istifadə edirdi. Amma bir dəfə "uşaqlarımın biri homoseksual olsaydı, onu öldürərdim" dedi.
"Təxminən bir il bundan qabaq LGBT icmasının sosial şəbəkədəki bir qrupunda video müsahibə vermişdim. Anam onu izləyəndən sonra otağıma gəlib telefonumu əlimdən aldı, divara çırpdı. Məni döydü, qollarım gömgöy idi. Amma ona "sənin övladınam və heç nə dəyişmir, mən, sadəcə öz şəxsi həyatımı yaşamaq istəyirəm, sənin mənimlə belə davranmaq haqqın yoxdur", dedim. Səhəri gün anamın hirsi bir qədər soyudu, ikimiz də ağladıq."
"Evdə qadın hüquqları haqqında danışırdım, anama hətta bir az olsa da feminizmi aşılamışam."
"Düzdür, mən lezbiyanlıq və feminizm anlayışları arasında bərabərlik işarəsi heç qoymuram, amma hesab edirəm ki, hər bir qadın özünə hörmət etməlidir. Bizim cəmiyyətdə isə qadınların hüquqları daimi tapdalanır, qadın özü heç bir qərar qəbul edə bilməz."
"Evlənmək üçün uyğun bir adam tapdım"
"Evdə məni çox sıxışdırırdılar, "Hara getdin?", "Nə vaxt qayıdacaqsan?" "Kiminlə söhbət edirsən?" sualları məni bezdirmişdi. Evdən çıxmaq istədim və evlənmək üçün uyğun bir adam tapdım, oğlan da homoseksual idi".
"Bu, Azərbaycanda homoseksuallar arasında yayılmış bir təcrübədir. Valideynlərin evində qalıb öz həyatını yaşaya, özünü ifadə edə bilməyən şəxs əks cinsdən homoseksual bir fərdlə nikaha daxil olmaq qərarı verir. Adətən, valideynlər bu barədə məlumatsız olurlar, xəbərləri olsa belə üstünü vurmurlar.
"Oğlanın ailəsi bundan xəbərsiz idi", - Fəridə hekayəsinə davam edir, - "Elə mənimkilər də. Təkcə anam bilirdi ki, evdən uzaqlaşmaq üçün nikaha girirəm. Atam heç bir kəlmə də demədi mənə, anam aramızda vasitəçimiz idi." "Nə isə, anama dedim: "Hazırlaş, elçi gəlir". İnanmadı: "Sən hara, evlənmək hara!" "Çünki uşaqlıqdan evdə qırğın-dava ab-havasını görərkən, "heç vaxt evlənməyəcəyimi" deyirdim. Atam anamı biz, uşaqların gözü qabağında döyüb, qabırğasını sındırıb. Nə isə, toy günü, "Vağzalı"dan keçmək, toyda yanbayan oturmaq əlavə bir gərginlik idi. Bunlara necə dözdüm, bilmirəm. 20 gün evli kimi yaşadıq. Amma yoldaşımın problemləri var idi, məni evdə qapalı saxlayırdı və ailəmə "ayrılmaq istəyirəm" dedim. Oriyentasiyam mövzusuna yenidən, "uğursuz evliliyimdən" sonra qayıtdım. Sevdiyim qızdan ayrılandan sonra evə gəlib ağlayırdım, anam isə mənə dəstək verirdi. Özü internetdə LGBT mövzusunu araşdırıb, məlumat alıb və mövqeyini dəyişdi.
Həyatımda tək anam var, o, mənim idealımdır. Demək olar ki, müasirdi. Bacımı mənim qədər sıxışdırmırlar. Elə bil məndən sonra valideynlərimin gözü qorxub", - gülümsəyir.
Xaricə getmək istəyirsən? Onda oxu, dil öyrən!"Kamili ailəsində qəbul ediblər, amma bu barədə özgələrlə danışmağı sevmirlər.
20 yaşlı gənc məktəbli olarkən gey olduğunu anlayıb: "Düşünürdüm, axı niyə öz cinsimdən olanlar xoşuma gəlir? Davranışımdan orientasiyam bilinirdi. Bir dəfə məktəbdə ayaq yolunda döyülmüşəm. Məktəbin sonuna kimi məni ələ salırdılar, söz atırdılar".
Onuncu sinifdə olanda Kamil anasına etiraf etmək qərarını verib. "Yadımdadır, anamla həkimdən qayıdırdıq. Ona dedim: "Ana, sənə deyəcək vacib sözüm var". Uzaqdan başladım, təbiətdə canlılardan, heteroseksual, homoseksuallardan danışdım."
"Anam mənə "indi nə demək istəyirsən, sən də eləsən?" dedi.
"Dedim: "Ana, mən geyəm, oğlanlardan xoşum gəlir".
Heç nə demədi, susdu. Gözləri dolmuşdu. Bunu biruzə verməmək üçün üzünü kənara çevirdi - bu, mənə çox təsir etdi."
"Evdə bacıma dedi. O isə "Öz həyatındır, özün bilərsən" cavabını verdi."
"Üstündən bir həftə keçdi. Anam "eybi yox, evlənərsən, keçib gedər" dedi. Anamın hər axşam otaqda ağladığını eşidirdim. Atam soruşdu: "Nə baş verir?"
"Anama "sən atama demə, özüm deyəcəm" xəbərdarlığını eləsəm də, anam ona hər şeyi danışdı.
Bir müddət ailədə gərginlik yarandı.
Bir gün atam mətbəxdə olarkən mənə yaxınlaşdı və dedi: "Sən, deyəsən xaricə getmək istəyirdin?" "Bəli, istəyirəm!" - dedim.
"Onda xaricə gedib istədiyin həyatı yaşamaq üçün dil öyrən, peşə sahibi ol və rahat get", - cavab verdi. O, mənə həqiqətən də dəstək oldu.
Amma hiss edirdim ki, o da üzülür. Düzdür, xətrimə dəyən olmadı, hisslərini biruzə verməyib dərdini içində çəkirdi.
Homoseksual olduğumu bilən ilk adamlardan biri də nənəm oldu.
Mətbəxdə oturmuşdu, məni görəndə nəsə demək istədiyimi anladı: "Nədir, bala, pul istəyirsən?" - soruşdu.
Dözmədim, hamısını danışdım, dedim ki, mənim qadınlardan yox, kişilərdən xoşum gəlir.
Donub qaldı nənəm. Sonra söhbəti zarafata çevirmək istədi: "Nə olar, dost dostu sevər də!". Amma sonradan ciddi olduğumu anladı.
Bir gün əmimgildə ürək və LGBT-nin göyqurşağı rənglərindəki bayrağının şəklini çəkdim. "Bəs bunun mənasını bilirsən?" əmim deyə yanıma yaxınlaşdı. Ağladığımı gördü. Amma məni qəbul etdi.
Hətta psixiatra da müraciət etmişdik. Nənəmlə həkimin yanına getdik. Səhhətimlə bağlı psixiatr mənə məsləhət verdi, sonra isə nənəmə də homoseksuallıq haqqında məlumat verdi: "Heç kəs beyninə salıb homoseksual olmur", - dedi".
"Yeganə balamdır, onu itirmək istəmirəm..."
Gülnarənin (ad şərtidir) anası Gülşən xanım ilə evlərində görüşdük. Bu, yeganə qadındır ki, öz qızının seksual orientasiyası haqqında BBC News Azərbaycancaya danışmağa razılaşdı."Sizə bir söz deyim. Bu, mənim yeganə qızımdır. Üç-dörd uşağım olsaydı, bəlkə də mən onunla dalaşıb-küsüb, evdən qovardım. Baxma, yenə də övladdır, keçə bilmirəm qızımdan."
Əlbəttə ki, belə olmağını istəməzdim. Mən də istəyərdim ki, qızım ərə getsin, uşaqları olsun. Mən bunun belə olmasını tələbəçiliyinin son illərində bilmişəm. 21 yaşı var idi... Düzdür, aramızda narazılıqlar, davalar oldu, arada küsüb evdən də getdi. Amma gördüm ki, bu, vəziyyəti dəyişmir. Mən uşağımı itirə bilərəm.
Amma mənə elə gəlir ki, bu, ötəridir və bir zaman hər şey dəyişəcək. Ona görə də zamana buraxmışam. Bilirsiniz, qızımı güclə istəmədiyi birinə ərə verib bədbəxt etməkdənsə..."
"Məncə..."
"Məncə, qızımı çevrəsi belə etdi. Hərçənd özü uşaqlıqdan "belə" olduğunu deyir. Düzdür, uşaqlıqda idmançı üslubunda geyindirirdim onu. Nə bilərdim ki, belə olacaq?"Mən özüm də oğlan kimi geyinməyi sevmişəm. Sovet vaxtında şalvar geyinən qıza bir az pis baxırdılar, mən isə cins şalvar geyinirdim. O vaxtı bütün bu "qeyri-adiliklər" gizli idi, bilmirdik ki, oğlan qadın kimi olar, qız oğlan kimi... Çox nadir bir hal idi.
Uşaqlıqdan eşitmişəm belələri haqqında. Hətta qonşuluğumuzda biri var idi, qız idi, amma özünü kişi kimi aparırdı.
İnstituta daxil olanda ona elə gözəl geyimlər almışdım... Makiyajı, bər-bəzəyi...
Yanına gələn o qızlara da deyirəm, ay qızım, ərə get, bu nə həyatdır? Heç olmasa, bir uşağın olsun, sonra get, nə həyat yaşayırsan, yaşa. Biz dünyada nəyə görə yaşayırıq - övlad üçün, düzdür?
Heç bir ana bunu istəməz, ancaq nə edim? Məcburam, qəbul edim."
"İstədiyi oğlan vardı"
Gülşən xanım ümumiyyətlə cinsi azlıqlar haqqına məlumatlı olmadığını və maraqlanmadığını etiraf edir: "Hə, bilirəm, xaricdə evlənirlər, uşaq da götürürlər, amma bu, xaricilərdə olar. ""Haradan bilim? Bir qız gəlirdi yanına, elə bilirdim, rəfiqəsidir. Sonra gördüm ki, münasibətlərində qısqanclıq var.
Qohum-əqrabamız çoxdur, amma heç kəs bilmir. İstəməzdim bilsinlər, baxma, özümüz kənddənik. Özü də çox aşkarlamır. Heç görünüşü də şübhələndirmir.
Bir dəfə istədiyi oğlan da olub. Amma onunla ünsiyyətdə yanılıb. Məncə, bundan sonra oldu bunlar. İstəsə, öz istədiyi adam çıxsa, ərə də gedər, uşağı da olar. Yanına gələn qızlara da baxıram. Bax, bayaqları o oğlana oxşayanı gördün? Onun köhnə şəkillərini görmüşəm, uzun saçlı, gözəl geyimli qızdır.
Deyir, keçmişdə sevgilisi də olub, hətta hamilə də qalmışdı. Amma alınmadı. Deyir, kişilərə ümid yoxdur. İndi düşünürəm ki, bu cür hallar kişilərdə özündəki qüvvəni tapmadıqda yaranır. Kişi alçaqlıq edir, xəyanət edir, qız da dönür. Bunlar hamısı kişilərin günahıdır.
Mən elə anayam ki, heç bir saatlıq da qızımı qoyub getməzdim. Amma indi elə zəmanədir ki, uşağını tuta bilmirsən. Qabaqlar heç uşaqlar bilməzdi lesbiyan kimdir. İndi soruşsan, hamı bilir. Bu qədər məlumatın olması da pisdir. İnsan hər şeyi biləndə, həyatdan da bezir, deyir, maraqlı deyil.
Uşaqlar da özündən razı olur, deyir: "Özüm bilirəm". Bizləri, axı belə böyütməyiblər. Biz düşünürdük: 25 yaşım olacaq, ərə gedəcəm, uşağım olacaq. Nə bilim indikiləri..."
"Heç olmasa, bir uşağı olsun"
"Gülnarəyə demişəm, nə edirsən et, amma heç olmasa, bir uşağın olsun, davamçın olsun. Sabah mən öləndə, qocalarsan, qapını döyüb dərmanını verən olsun. Deyirəm, mən nə qədər sağam, uşağı ver mənə, baxaram. Bəlkə gələcəkdə uşağından utanar?... Uşağı olsa, normal qəbul edərəm.
Qızımın atası ilə münasibətləri yaxşı olmasa da, var.
Hə, dostlarım da var, dostsuz adam olmaz ki. Amma onlarla da ürək ağrımı bölüşə bilmərəm. Sabah mən onlarla sözləşsəm, sirrimi başıma vurarlar. Ona görə söz-söhbət və ya bir şübhə yaranan kimi, dərhal qızımı müdafiə etmişəm. Adam öz sirrini qırağa çıxarmaz. Mənə "dəli" deyərlər. Kaş ki, qızım məndən bunları gizlədərdi, heç mən bilməzdim".
"Valideynlər etiraf etməkdən çəkinirlər"
Azərbaycanda LGBT icmasının daxilində də intihar hadisələri olur və ən çox bu, valideynlərin, yaxınların onları qəbul etməməsi səbəbindən olur, LGBT üzrə hüquq müdafiəçisi Cavid Nəbiyev deyir.Onun sözlərinə görə, mediada intihar hadisələri haqqında məlumatda çox vaxt nə intiharın səbəbi, nə də ki, şəxsin seksual oriyentasiyası açıqlanır: "LGBT təmsilçisi olduğunu biz öz şəbəkəmizdən bilirik", - o, deyir.
"Hətta uşağı vəfat etdikdən sonra valideynlər onun homoseksual olduğunu etiraf etməkdən çəkinir və bunu gizlətməyə çalışırlar", Cavid Nəbiyev əlavə edir.
O deyir ki, bəzi cinsi azlıq nümayəndələri ailələrinin onlara təzyiqlərinə tab gətirmədiyi üçün intihara əl atıblar.
"Onlar təzyiqlərə dözməyib intihar edən homeseksuallardırlar"
"Onlar təzyiqlərə dözməyib intihar edən homeseksuallardırlar", Cavid Nəbiyev iddia edir və BBC News Azərbaycancaya bir siyahı verir. Deyir ki, bu siyahını LGBT fəallarının məlumatlarına əsasən tərtib ediblər.BBC News Azərbaycanca siyahıdakı bəzi adları şərti verib.