-
- 7-12-2018, 13:57
- 1 116
"Oskar 2019"un aparıcısı dəyişdi - LGBT-ni təhqir edib
Gələn ilin 25 fevral tarixində baş tutacaq 91-ci "Oskar" mükafatlandırma gecəsinin aparıcısı dəyişdirilib.
News24.az xəbər verir ki, bu barədə tədbirdə səhnəyə çıxmalı və qaliblərin adlarını təqdim etməli olan aktyor Kevin Hart məlumat verib.
O, "Oskar" mükafatlandırmasında aparıcı olmaqdan imtina etdiyini açıqlayıb:
""Oskar"ın aparıcısı olmaqdan imtina etdim. İstəmirəm ki, həmin gecə diqqətlər istedadlı aktyorlarda deyil, mən də olsun. LGBT üzvlərindən isə keçmişdə dediyim sözlərə görə üzr istəyirəm".
Qeyd edək ki, dünyanın maraqla gözlədiyi mükafat gecəsi ətrafında yaranan qalmaqal aktyorun illər öncə "Twitter"də yazdığı "Əgər oğlumu qızımın oyuncaq evi ilə oynadığını görsəm, evi onun başına çırparam. Bu geyliyi bitirməsini söyləyərəm" statusuna görə yaranıb.
Teymur MƏMMƏDOV