"İnstagram" istifadəçilərinin nəzərinə - BU FUNKSİYA LƏĞV OLUNUR
    • 2-05-2019, 16:44
    • 951

"İnstagram" istifadəçilərinin nəzərinə - BU FUNKSİYA LƏĞV OLUNUR

"Facebook" şirkəti F8 adlı tədbirini keçirib. 

News24.az xəbər verir ki, tədbirdə "Facebook" və "İnstagram"da baş verəcək yeniliklərdən söz açılıb. Yeniliklər arasında ən çox diqqət çəkən isə "İnstagram"da "like" funksiyasının ləğvi nəzərdə tutulmasıdır. Hazırda həmin funksiya Kanadada az sayda insanın istifadəsinə verilib. Geniş istifadəyə verilmə tarixi isə hələ bəlli deyil. 

"Like" funskiyasını ləğv etmək istəyən şirkət bunu belə izah edib: "İstəyirik ki, istifadəçilər paylaşımlara daha çox diqqət ayırsınlar. "Like" arxasınca qaçmasınlar".