-
- 24-04-2024, 16:12
- 226
TikTok-a sanksiya xəbərdarlığı
Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasının sədri Hüseyin Yayman, 31 Mart Yerli Rəhbərliklər Ümumi Seçkiləri öncəsi sosial media platformalarında edilən dezinformasiyalara diqqət çəkib. O, bu platformalarda sahibsiz heyvanlar, qaçqınlar, iqtisadiyyat vasitəsilə təxribat olduğunu bildirib.
News24.az xəbər verir ki, rəqəmsal medianın vacib olduğunu, ancaq sonsuz azadlıq və qarşı tərəfi aşağılama dərəcəsinə çatan bir anlayışın doğru olmadığını vurğulayan Yayman, “Dezinformasiya ilə mübarizə qanununu qəbul etdiyimiz zaman etirazçiların bütün etirazlarını gördük. Bu qanunun əslində heç bir mənası yox idi. Hətta etdiyimiz tənzimləmədə belə cəmiyyətdə dezinformasiyanın qarşısını alacaq sanksiya olmayıb" dedi.
Rəqəmsal media və sosial mediada “qlobal şər”in olduğunu bildirən Yayman, önümüzdəki dövrdə bu məsələni bir daha gündəmə gətirəcəklərini açıqladı.
Yayman, TikTok nümayəndələrinin ötən ilin dekabrında Türkiyə Böyük Millət Məclisinin Rəqəmsal Media Komissiyasında verdiyi açıqlamaların nə komissiya üzvlərini, nə də ictimaiyyəti qane etmədiyini bildirib.
Rəqəmsal şəbəkələrin özünəməxsus özünüidarə mexanizmlərinin olduğunu, lakin onların kifayət qədər olmadığını izah edən Yayman, “İnsanlarımız bizə deyir: “Bu TikTok milli təhlükəsizlik məsələsidir, buranın bağlanmasını istəyirik” dedi.
Günel Məlikzadə