Türkiyə də "TikTok"u QADAĞAN EDİR?
    • 7-12-2023, 17:19
    • 285

Türkiyə də "TikTok"u QADAĞAN EDİR?

Bu gün Türkiyə Böyük Millət Məclisi "TikTok" və digər sosial media platformaları ilə bağlı mübahisələrə səbəb olan məsələləri müzakirə etmək üçün toplanıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə "TikTok"a çirkli pulların yuyulması, 18 yaşdan kiçik uşaqların müdafiəsi, virtual dilənçilik və alqoritm şəffaflığı kimi məsələlərlə bağlı xəbərdarlıq edib. 

Komissiyanın iclasında iştirak edən "TikTok"un Türkiyə sözçüsü Emir Gelen  bildirib ki, kiber dilənçilik və digər qanun pozuntularını aşkar edən kimi pozuntuya yol verən hesaba sanksiya tətbiq edilir.

"TikTok"un sözçüsü yaxın zamanda "TikTok"a yaş məhdudiyyətinin tətbiq edilməsi ilə bağlı işə başlayacaqlarını qeyd edib.

Son nəticədə Türkiyədə "TikTok"un bağlanmayacağı, lakin müvafiq tədbirlərin görüləcəyi bildirilib. 

Qumral