Dünya gözəlinin makyajsız fotosu heyranlarını mat qoydu - FOTO
    • 1-08-2018, 16:13
    • 1 282

Dünya gözəlinin makyajsız fotosu heyranlarını mat qoydu - FOTO

ABŞ-ın 51 yaşındakı dünya gözəli Julia Robertsin də yer aldığı fotoşəkil instagramda paylaşıldıqdan sonra izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

News24.az xəbər verir ki, dünya gözəli Julia Roberts aktrisa olan qardaşı qızı Emma Robertslə kart oynadıqları yerdə şəkil çəkdirib. Həmin şəkli Julianın qardaşı qızı şəxsi instagram hesabında paylaşıb. Elə partlayış da həmin fotodan sonra olub. Belə ki, Julianın izləyici kütləsi dünya gözəlini makyajsız görüb şok olublar. 

Şəkildə olduca solğun görünən Roberts, həmin pozuyla izləyici tərəfindən bəyənilməyib. Heyranlarının çoxunu da narahat edən bir sual olub. Julia Robertsin üzünə nə olub? 

Qeyd edək ki, Julia Roberts 2017-ci ildə “Dünyanın ən gözəl qadını” elan edilib. Julia 140 milyon dollarlıq sərvətiylə Hollivudun ən zəngin oyuncusu hesab olunur. Aktrisa, “Mona Lisa Smile” fimiylə aldığı 25 milyon dollarlıq gəlirlə film tarixinin ən yüksək qonorar alan qadın aktrisası oldu.

Elvin Nüsrətoğlu