İngiltərənin bu il üçün 30 yaşadək ən varlı ulduzları bunlardır
    • 30-10-2018, 17:45
    • 1 033

İngiltərənin bu il üçün 30 yaşadək ən varlı ulduzları bunlardır

İngiltərənin 30 yaşadək ən yüksək qonorar alan ulduzlarının siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı Heat jurnalı dərc edib. Ötən ilə nisbətən siyahıda az dəyişiklik olub. 30 yaşlı Adel yenə də liderliyini qoruyub. Sadəcə ötən ilə nisbətən bu il bank hesabında 15.5 milyon dollar artıq yer alıb. Adel büdcəsini dünya turnesindən qazandığı pullar hesabına artıra bilib.
Ötən ildən fərqli olaraq 29 yaşlı aktyor Deniel Redkliff yerini musiqiçi Ed Şirana verib. Məhşur “Shape of You” hitinin ifaçısı siyahıda 2-ci yerdədir. Buna səbəb satdığı 3-cü albomundan və 2 aylıq dünya turnesi çərçivəsindən qazandığı pullardır. Beləcə, “Harri Poter”in qəhrəmanı bu il 3-cü yerdə qərar alıb.
Siyahıda yer alan ilk 10-luğu təqdim edirik:

1.Adel – 188 milyon dollar
2.Ed Şiran – 120 milyon dollar
3.Deniel Redkliff – 111 milyon dollar
4.Harri Stayls – 74 milyon dollar
5.Emma Vatson – 70 milyon dollar
6.Little Mix qrupu – 61 milyon dollar
7.Nayl Horan – 58 milyon dollar
8.Lui Tomlinson – 56 milyon dollar
9.Liam Peyn – 54 çilyon dollar
10.Zeyn Malik – 47 milyon dollar


News24.az