-
- 25-04-2024, 11:19
- 206
Macarıstan Qarabağın yenidən qurulmasında maraqlıdır - Peter Siyaro
Gələn ilin sonuna qədər Macarıstan şirkətləri regionun rekanstruksiyasına töhfə verməyə başlayacaq.
News24.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyaro Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında bildirib.
O qeyd edib ki, Macarıstan şirkətləri Qarabağın yenidən qurulması və bərpasında iştirak etməkdə maraqlıdır:
“Bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək”.
Nazir həmçinin, Azərbaycandan daha böyek həcmdə qaz alacaqlarını planlaşdırdığını bildirib.
Mehriban Mirzəzadə