8-ci sinif şagirdi idman dərsi zamanı öldü
    • 26-04-2024, 13:11
    • 398

8-ci sinif şagirdi idman dərsi zamanı öldü

Sverdlovsk vilayətinin Asbest şəhərində səkkizinci sinif şagirdi bədən tərbiyəsi dərsi zamanı dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu özünün Telegram kanalında məlumat verib.

Məlumata görə, səkkizinci sinif şagirdi bu gün səhər idman zalında bir dövrə qaçıb, bundan sonra özünü pis hiss edib və oturacaqda əyləşib, daha sonra  yıxılaraq huşunu itirib. Müəllim yeniyetməyə ilkin tibbi yardım göstərməyə çalışıb. Daha sonra təcili tibbi yardım əməkdaşları gəlsələr də, 8-ci sinif şagirdi yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.

Mehriban Mirzəzadə