-
- 26-04-2024, 20:43
- 910
Gəlin qayınanasını döydü — Azərbaycanda
Quba rayonunda 1991-ci il təvəllüdlü Musa ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
News24.az Demokrat.az-a istinadla bildirir ki, hadisə bu ilin fevralın 9-da Quba rayonu, 1-ci Nügədi kəndində baş verib. Musa həmin gün saat 13 radələrində ailədaxili münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leylanın bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpiklə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 9-da, saat 13 radələrində yaşadığı evin həyətində işləyən zaman evdən münaqişə səsi eşidib və evə gəlib: “Anamın yerdə uzanıb qaldığını, arvadım Leylanın onun saçlarını dartaraq təhqir etdiyini gördüm. Leyladan anamın saçlarını buraxmasını tələb etdim. Leyla mənə qulaq asmadığından onun üz və bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurdum. Bu zaman atam gəldi və bizi ayırdı”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.