Milyarderin qızı yoxa çıxdı
    • 26-04-2024, 21:15
    • 148

Milyarderin qızı yoxa çıxdı

“Slack" mesajlaşma proqramının həmtəsisçisi, milyarder Stüart Batterfildin 16 yaşlı qızı yoxa çıxıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, şerif ofisinin müavini Xose Suaresin sözlərinə görə, 16 yaşlı Mint Batterfild sonuncu dəfə bazar günü axşam saat 10-da Kaliforniya ştatının Bolinas şəhərində görülüb.

“San-Fracisco Standard” xəbər saytının məlumatına görə, Batterfildin anası, “Flickr”ın qurucusu Caterina Fake bazar ertəsi qızının itkin düşdüyünü bildirib.

İtkin düşən qızın açıq havada narkotik bazarı ilə tanınan Tenderloinə qaçdığı güman edilir.