Kayli Cennerdən cəsur şəkillər
    • 27-04-2024, 14:53
    • 444

Kayli Cennerdən cəsur şəkillər

Kosmetika imperatriçası Kayli Cenner geyim brendi ilə moda sənayesinə addım atıb.

News24.az xəbər verir ki, Kardaşyan-Cenner ailəsinin ən gənc üzvü olan Cenner keçən il Khy adlı geyim markasını təqdim edib.

Aktyor Timothee Chalamet ilə münasibətdə olan iki uşaq anası Cenner "Khy Drop 005" adlı kolleksiyasını təqdim edib.

Cenner və dizayner Nataşa Zinko cins parçanın önə çıxdığı kolleksiyada birlikdə çalışıblar.

Qısa saçları ilə objektiflər üçün pozalar verən Cenner öz brendində əlçatan lüks moda yanaşmasını mənimsəyir.

Kolleksiyada son zamanlar dəbdə olan geniş və aşağı belli şalvarlar var.

Həmin fotoları təqdim edirik:

Günel Məlikzadə