-
- 27-04-2024, 15:41
- 261
14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI – FOTOlar
Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər.
Lakin itkin düşdüyü üçün axtarışda olan uşağın 100 min TL ( 5 220 AZN) qarşılığında başqa bir ailəyə satıldığı məlum olub.
İstanbul Polis Uşaq Şöbəsi dəstələri studiyaya gələrək ailəni saxlayıb.