Ramiz Rövşənlə GÖRÜŞ - VİDEO
    • 3-05-2019, 13:38
    • 2 407

Ramiz Rövşənlə GÖRÜŞ - VİDEO

Azərbaycan poeziyasında özünəməxsus yeri olan, sevilən şairlərdən biri  Ramiz Rövşən yaradıcılığı dövründə ilk dəfə uşaqlar üçün şeirlər kitabını nəşr etdirib. “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” adlı kitablar Ramiz Rövşənin həm öz nəvələrinə həm də bütün uşaqlara hədiyyəsidir.  

"Teas Press" Nəşriyyat Evindən News24.az-a verilən məlumata görə, bununla yanaşı, Ramiz Rövşənin yeni “Sevgi açarı” adlı şeirlər kitabı da işıq üzü görüb. Kitabda indiyə kimi  nəşr olunmayan  sevgi şeirləri ilk dəfə çapdan çıxıb. Həmçinin kitabda şairin dünya poeziyasından dilimizə tərcümə etdiyi bir neçə sevgi şeiri və son illər yazdığı “Xəyanət”  kinopovesti də yer alır. 

Adları qeyd olunan hər üç kitabın imza günü mayın 15-i Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında keçiriləcək. 

Tədbirə giriş sərbəstdir!