Bakıda ana oğlu və gəlini tərəfindən döyüldü - DƏHŞƏT
    • 3-05-2019, 14:59
    • 1 223

Bakıda ana oğlu və gəlini tərəfindən döyüldü - DƏHŞƏT

Bakıda ana oğlu və gəlini tərəfindən döyülüb.

News24.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Y.Əliyev küçəsində qeydə alınıb. 1957-ci il təvəllüdlü Məmmədova Minayə Ayıl qızı yaşadığı evin qarşısında döyülüb. Qadının oğlu - 1985-ci il təvəllüdlü Azər Məmmədov və gəlini, 1987-ci il təvəllüdlü Şəfəq Məmmədova tərəfindən döyüldüyü məlum olub.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.