Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ
    • 29-04-2024, 14:15
    • 328

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

News24.az xəbər verir ki, bu barədə APA-ya Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi "Sevirəm" parkının yaxınlığındadır.