-
- 3-05-2019, 17:48
- 15 768
Fəxriyyə Xələfova: “Tamaşaçı mənə məxsus olan rəngləri sevir” - FOTO - VİDEO
Ötən gün Daş Salnamə müzeyində “Azərbaijan Fashion Week”in 9-cu mövsümünün 2-ci günü baş tutub.
News24.az moda həftəsi çərçivəsində incəsənət xadimi, məşhur modelyer Fəxriyyə Xələfovanın müəllifi olduğu geyimlər nümayiş olunub.
Avropa üslublu kolleksiya təqdim edən F.Xələfova 20 ildir moda nümayişlərində iştirak etdiyini bildirib: “Dünyanın bir çox yerlərində beynəlxalq festivallarda kolleksiyamı təqdim etmişəm. Amma inanın ki, öz paytaxtımızda çıxış etmək mənim üçün ikiqat məsuliyyətdir. Öz tələbələrim, Mədəniyyət və İncəsənət Universitetinin kollektivi, rəssamlar, dizaynerlər məni dəstəkləməyə gəlib. B qədər diqqətin qarşısına çox gözəl kolleksiya ilə çıxmalıyam. Bu mənim üçün çox həyəcan vericidir. 2019-2020 bahar-yay kolleksiyamdır. Çox gözəl, maraqlı, füsünkar rənglər təqdim etmişəm.
Tamaşaçı mənə məxsus olan rəngləri sevir. Bu daha çox Avropa üslublu kolleksiyadır. Amma etnik, folklor və Azərbaycana xas olan çalarlar mənim kolleksiyalarımda hər zaman yer tapır”.
Teymur MƏMMƏDOV
Foto/Video: Fərid ŞABANOV