Tanınmış yazıçı vəfat etdi
    • 30-04-2024, 13:00
    • 302

Tanınmış yazıçı vəfat etdi

Britaniyalı yazıçı Kristofer Con Sansom vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Pan Macmillan nəşriyyatı məlumat yayıb.

Qeyd edək ki, Kristofer Sansomun 71 yaşı var idi. O, şənbə günü, aprelin 27-də vəfat edib.

Yazıçı vəkil Metyu Şardleyk haqqında bir sıra tarixi detektiv hekayələri ilə tanınır. Sansom işinə görə bir sıra mükafatlar alıb. Onun romanlarının ümumi tirajı üç milyon nüsxəni keçir.

Mehriban Mirzəzadə