"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi
    • 30-04-2024, 21:44
    • 330

"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi

Azərbaycan Premyer Liqasının 33-cü turunun "Qarabağ" - "Neftçi" oyununun keçiriləcəyi stadion dəyişdirilib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Mayın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan qarşılaşma təşkilati işlərlə əlaqədar olaraq "Azersun Arena"da oynanılacaq.

Azərbaycan derbisinin başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib. Matç saat 19:30-da start götürəcək.