Qılınclı şəxs yoldan keçənlərə hücum ETDİ
    • 30-04-2024, 17:16
    • 179

Qılınclı şəxs yoldan keçənlərə hücum ETDİ

Londonda naməlum şəxs qılıncla silahlanaraq insanlara hücum edib.

News24.az xəbər verir ki, bu barədə bölgə polisi X sosial şəbəkəsində açıqlamasında bildirib.

Məlumata görə, hücum nəticəsində bir neçə nəfər yaralanıb. 

Bildirilir ki, həmin şəxsin hücumuna məruz qalanlar arasında iki polis əməkdaşı da olub. Zərərçəkənlərin vəziyyəti ilə bağlı məlumat verilmir. Onların dəqiq sayı da göstərilmir. Hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə