Düsseldorf hava limanında bıçaqlı hücum - Yaralanan var
    • 6-07-2021, 16:18
    • 530

Düsseldorf hava limanında bıçaqlı hücum - Yaralanan var

Düsseldorf hava limanında bıçaqlı naməlum şəxs insanlara hücum edib.

News24.az xəbər verir ki, hücum nəticəsində bir nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ilə bağlı detallar açıqlanmır.

Cinayətkar hadisə yerindən qaçıb.

Hazırda hücumu həyata keçirən şəxs axtarılır və hadisənin motivləri araşdırılır.