-
- 30-04-2024, 22:00
- 240
Lənkəranda avtobus piyadanı vuraraq ÖLDÜRDÜ
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, aprelin 30-u saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü İ.İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.