"Peugeot"la kişini vurdu, hadisə yerində ÖLDÜ
    • 29-07-2019, 14:25
    • 1 136

"Peugeot"la kişini vurdu, hadisə yerində ÖLDÜ

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximətindən News24.az-a verilən məlumata görə, iyulun 27-də saat 3 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini Q.Talıbov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.