-
- 30-04-2024, 23:59
- 1 388
Daha şüurlu valideyn olmağın 8 yolu
Bir çox valideynlər övladlarının xoşbəxtliyini hər şeydən üstün tutsalar da, kim olduqlarını dərk edə bilmirlər. Bu zaman onları necə daha yaxşı istiqamətləndirə bilərsiniz?
News24.az daha şüurlu valideyn olmağın yollarını təqdim edir:
Xəbər Mərkəzi 30.04.2024 - 12:18
1- TƏLƏSMƏYİN
Valideynlərin övladından xəbərdar olmasının ən asan yollarından biri sürəti azaltmaqdır. Çünki xəbərdar olmaq, ev tapşırığı və dərsdənkənar işlərə tələsmək əvəzinə özünüzə və uşağınıza yer yaratmaq deməkdir.
2- DOSTLARINI TANIYIN, ONLARI EVİNİZƏ DƏVƏT EDİN
Uşaqlarınızın sevimli dostlarını tanımağa çalışın. Hətta onları tez-tez evinizə dəvət edin. Çünki övladlarınızın dostlarını ailənizin ortasında qonaq etmək; onlara nəyin təsir etdiyini öyrənmək üçün əla yoldur.
3- ONLARI DİNLƏYİN
Uşağınızın danışdığı zaman onu həqiqətən dinləmək, onun fərqindəliyini əldə etməyə kömək edir.
4- TELEFONDAN UZAQ QALIN VƏ AİLƏNİZLƏ VAXT KEÇİRİN
Nahardan sonra uşağınızla eyni məkanda olmaq və bir-birinizin yanında rahat hiss etmək üçün vaxt yaradın. Telefonunuzdan uzaqlaşın və onlarla birlikdə olun.
5- ONLARLA YEMƏK BİŞİRİN
Yaradıcılıq xoşbəxtliyi artırır. Bunun ən yaxşı yolu uşağınızla mətbəxdə vaxt keçirməkdir. Üstəlik, birlikdə bişirdiyiniz zaman onların dadlarını, üstünlüklərini, bəyənmədiklərini və ehtiraslarını öyrənirsiniz.
6- EV TAPŞIRIQLARINI EDƏNDƏ ONUNUN YANINDA OLUN
Valideynlər də uşaqların həyatında ev tapşırıqlarının bir hissəsi olmalıdır. Ev tapşırığını yerinə yetirərkən uşağınızın yanında olsanız, onun nə ilə mübarizə apardığını və nəyi asanlıqla qavraya bildiyini görə bilərsiniz.
7- UŞAQLARINIZLA FƏALİYYƏTLƏR EDİN
Uşağınızın dəyərli olduğunu hiss etməsi və sizinlə sağlam ünsiyyət qurması üçün birlikdə vaxt keçirmək çox vacibdir. Bu səbəbdən uşağınızın bəyəndiyi fəaliyyətlərlə məşğul olmaq, əlaqənizi gücləndirməyə kömək edəcək.
8- ONLARI İZLƏYİN
Uşağınızı hər hansı məktəbdənkənar kursa apardığınız zaman bacarırsınızsa onu izləyin. Bu, onun özünü daha dəyərli hiss etməsinə səbəb olacaq.
Günel Məlikzadə