-
- 30-04-2024, 17:50
- 352
İsti hava 10 nəfərin həyatına son qoydu
Banqladeşdə həddindən artıq istilər səbəbindən bir həftə ərzində 10 nəfərin öldüyü açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Məlumata görə, Cənubi Asiya ölkəsi olan Banqladeşdə havaların isti keçməsi insanların sağlamlığında ciddi fəsadlar törədib. Ölkə ərazisində son 24 saat ərzində qızmar istilər səbəbindən daha 3 nəfər həyatını itirib.
Qeyd edək ki, ölkədə hava şəraiti ilə bağlı təhsil müvəqqəti olaraq dayandırılıb.
Mehriban Mirzəzadə