Qan laxtalanması nədir və ona nə səbəb olur?
    • 1-05-2024, 17:04
    • 351

Qan laxtalanması nədir və ona nə səbəb olur?

Xərçəng, yoluxucu xəstəliklər və yol qəzalarından sonra ən çox görülən ölüm səbəbi laxtalanmadır.

News24.az xəbər verir ki, damarda laxtalanma əmələ gəldikdə qan axını qismən və ya tamamilə bloklanır. Bu nahiyədə ağrı, qızartı və şişkinlik əmələ gəlir. Bu, bədənin dərin damarında baş verdikdə, dərin damar trombozu (DVT) adlanır. Dərin vena trombozunun ən mühüm təhlükəsi laxtanın damar divarından qoparaq qan axını ilə ürəyə, sonra isə ağciyərlərə çatması, ağciyər venasını bağlamasıdır.

Damarlarda laxtanın əmələ gəlməsi bütün yaş qruplarında baş verə bilər və daha yaşlı yaş qruplarında onun tezliyi artır. Venöz tromboemboliya hər 100 nəfərdən birində, xüsusən də 60 yaşdan yuxarı insanlarda müşahidə oluna bilər.

LAXTALANMANIN QARŞISINI ALMAQ ÜÇÜN NƏ ETMƏK OLAR?

Mütəxəssislərin diqqət çəkdiyi bəzi qarşısının alınması təklifləri bunlardır:

• Uzun müddət hərəkətsiz qalacaqsınızsa, baldır əzələlərini məşq edin,

• Mümkün olduqca fasilələrlə qalxın və gəzin,

• Qan laxtasının yaranmasının qarşısını almaq üçün yataq istirahəti zamanı hərəkət edin,

• Lazım olduqda həyat tərzini dəyişdirin,

• Arıqlayın,

• Siqareti tərgidin.

Günel Məlikzadə