-
- 27-10-2018, 18:00
- 1 170
Boyunuz uzundursa, bu xəstəliklərə DİQQƏT! - Yarım milyon insan üzərində araşdırma
Britaniyalı mütəxəssislər bir neçə xərçəng növünü araşdıraraq müəyyən ediblər ki, bu xəstəliyin inkişafı birbaşa olaraq insanın boyunun hündürlüyündən aslıdır.
Ekspertlərin fikrincə ömrü boyu insan orqanizmində anormal hüceyrələr yığılır ki, bunlar da onkoloji xəstəlikərə səbəb olur. Hündür boylu insanlarda bu cür hüceyrələr daha çox əmələ gəlir. Bununla bağlı olaraq uzun boylu insanlarda xərçəngə yoluxma riski daha yüksək olur. Məsələn, qadınların boyunda hər artıq 10 sm xərçəng riskini 12% artırır. Kişilərdə isə bu rəqəm 9% təşkil edir.
Hündür insanlar həmçinin varikoza daha çox məruz qalırlar. 490 000 insan üzərində aparılan araşdırma göstərib ki, insan boyunu tənzimləyən genlər həm də damar qapaqlarının patologiyasına cavabdehdir. Bu səbəbdən də qan damarlardakı hərəkət istiqamətini dəyişə bilər ki, bu da varikoza gətirib çıxarır. İnsanın boyu nə qədər hündürdüsə, varikoz riski də bir o qədər yüksəkdir.
Alimlərin bildirdiklərinə görə, insanın boyu yalnız varikoza deyil, həm də dərin damar genişlənməsinə səbəb olur. Bu isə yaşlı və artıq çəkili insanlarda dərin venaların trombozuna gətirib çıxarır.
Varikozlu insanlarda sağlam insanlarla müqayisədə dərin damarların trombozuna 5 dəfə çox rast gəlinir. Bu isə bəzən ayaqların amputasiyası və hətta insanın ölümünə yol açır. Həmçinin bu insanlarda emboliya halı (trombun ağciyərə düşməsi) riski 2 dəfə çox yaşanır.
//Medicina.az