7 aptekdə nöqsan aşkarlandı
    • 1-05-2024, 18:24
    • 278

7 aptekdə nöqsan aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.

Mərkəzdən News24.az-a verilən xəbərə görə, yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.