-
- 3-05-2024, 22:40
- 625
Əkin sahələrini sel basıb
Türkiyə Meteorologiya Ümumi Müdirliyi tərəfindən edilən xəbərdarlıqların ardından Niğde'de leysan və dolu öz təsirini göstərib.
News24.az xəbər verir ki, Türkiyədə son iki gündə artan leysan yağışları nəticəsində kənd təsərrüfatı sahələrinə ziyan dəyib. Niğde Kənd Təsərrüfatı Palatası Başçısı Vəli Kenar, "Dolu və leysan yağan bölgələrə baxdığımızda Kiledere, Alay, Ağcaşar kimi kənd və qəsəbələrdə əkinçilik sahələrinə ziyan dəyib. Kartof əkininin davam etdiyi bu günlərdə bizim buğda və taxıl kimi məhsullar seldən zərər görüb. Buğdanın hündürlüyü keçən illə müqayisədə 20-30 santimetr olmalıdır, amma bu il 40-50 santimetrə yaxındır. Buğdamız olanda normadan böyük olub, dolu səbəbindən dağıntılar baş verib” dedi.
Dünən yağan dolu və leysandan sonra Aktaş, Ovacık, Ballı və Güllüce kimi kəndlərdə əkinçilik sahələrinə ziyan dəydiyini bildirən Kenar, "Əkinçilərimizə hər zaman xatırlatdığımız kimi, onlara TARSİM sığortalarını götürmələri barədə xəbərdarlıq etdik. Qlobal istiləşmə ilə belə yağışların bundan sonra da davam edəcəyi proqnozlaşdırılır. Kənd təsərrüfatına dəyən torpaqlara dəyən ziyanla bağlı dövlətimizə lazımi məlumatlar verilib, araşdırmalar aparılıb”.deyə əlavə edib.
Günel Məlikzadə