Goranboyun dağ kəndlərinə güclü dolu yağdı
    • 5-06-2023, 18:46
    • 254

Goranboyun dağ kəndlərinə güclü dolu yağdı

Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.

News24.az
xəbər verir ki, günorta saatlarında yağan leysan sonradan güclü doluya çevrilib.

Nəticədə meyvə ağacları, əkin sahələri və digər təsərrüfatlar ziyan görüb.

Qeyd edək ki, yağıntılı hava şəraiti Qərb bölgəsinin digər dağ rayonlarında da müşahidə olunub.