-
- 4-05-2024, 10:01
- 285
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.
News24.az Xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi.
Onun sözlərinə görə, yeni qərar bu sahədə sui-istifadə hallarının qarşını almağa kömək edəcək.
Ekspert deyir ki, əhali istehlakçılarında 1 fazalı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. Əhali üçün 40 manat ödəniş təyin edilib.
Yalnız 10 kilovatdan yuxarı enerji şəbəkəsinə qoşulanlar üçün 60 manat ödəniş olacaq.
Yeni ödəmə məbləğlərinə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazalı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının ödəniş məbləğləri 60-76% azalır. 3 fazalı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.