“İnter Mayami”nin Messidən nə qədər qazandığı məlum olub
    • 4-05-2024, 19:35
    • 236

“İnter Mayami”nin Messidən nə qədər qazandığı məlum olub

ABŞ-ın “İnter Mayami” klubu argentinalı ulduz Lionel Messinin gəlişindən sonra klubun büdcəsinin səviyyəsi barədə məlumat verib.

News24.az Lent.az-a istinadla bildirir ki, komandanın baş meneceri Xavyer Asensi Messi ilə müqavilə bağladıqdan sonra klubun büdcəsinin iki dəfədən çox artdığını bildirib.

“Messinin gəlişi ilə 60 milyonluq büdcəsi olan komandadan 125-130 milyona keçdik. Bu il dövriyyəmizin 200 milyon və ya daha çox artacağını gözləyirəm.

Bu, müvəqqəti stadionu nəzərə alsaq, böyük məbləğdir. Leo bizi növbəti mərhələyə aparır”, - Asensi bildirib.

Hazırda MLS Şərq Konfransında 21 xalla “İnter Mayami” başçılıq edir. Messi bu mövsüm 7 oyuna 9 qol vuraraq MLS-də qol yarışına başçılıq edir. Qol+ötürmə sistemində də argentinalı liderdir - 13 (9+4) xal.

Qeyd edək ki, Lionel 2023-cü ildə “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.