Messi gələcəklə bağlı planlarını BÖLÜŞDÜ
    • 5-10-2023, 11:12
    • 487

Messi gələcəklə bağlı planlarını BÖLÜŞDÜ

Lionel Messi gələcəklə bağlı planlarını bölüşüb. 

News24.az xəbər verir ki, argentinalı doğma klubu “Nyuells Old Boyz”a qayıtmağı və karyerasını orada bitirməyi planlaşdırır.

Argentina millisinin kapitanı Lionel Messi bildirib ki, müqaviləsi başa çatdıqdan sonra İnter Mayamidən ayrılacaq. Futbolçu karyerasının qalan hissəsini vətənində keçirməyi düşünür.

Qeyd edək ki, Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Aynurə