-
- 4-05-2024, 21:50
- 262
Paşinyan qondarma iddialarından DANIŞDI
Ermənistan Baş naziri Nikol Paşinyan yenidən ermənilərin qondarma tarix iddialarından danışıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, ermənilərin diqqətini xülyalar və istəklərlə reallıq arasındakı fərqlərə çəkib.
Paşinyan “erməni tarixi”nin məhz əsassız iddialar və istəklər üzərindən yazıldığına eyham vurub:
“(Qondarma iddialardan) Belə çıxır ki, erməni xalqının tarixi imperiya tarixidir? “Tarix-tarix”, “bizim tariximiz”, “erməni xalqının tarixi” deyirik, amma biz bu faktı qeydə almamışıq və əlaqələndirməmişik və ya ən azı bunu sual işarəsi ilə qoymamışıq. Amma məlum ola bilərmi ki, mövcud və indi də süfrəmizə qoyulmağa davam edən tarix öz mahiyyəti və xarakterinə görə hinterland xalqı üçün yazılmış imperiya tarixidir?”.
Paşinyan qeyd edib ki, ermənilər bu sualları özlərinə versələr, bu, onlara özlərinə inamlarını artıracaq: “Bu suallara əməl etsələr və cavabı bəli olarsa, vacib nəticə alınacaq”.
Baş nazir hesab edir ki, aksiomatik məntiqdən çıxmaq lazımdır:
“Biz sualı özümüz tərtib etməyi, suala cavab vermək üçün lazım olan bütün faktları toplamaq və faktlara əməl etməyi, bu faktlarla obyektiv davranmağı, faktlara əsaslanaraq nəticə çıxarmağı bacarmalıyıq”.
Paşinyan vurğulayıb ki, ermənilər özünütanıma prosesindən keçməlidir: “Biz özümüzü tanıdığımızı düşünərək, aksioma ilişib qalmışıq. Biz özümüzü tanımırıq”.
“Hinterland” alman sözüdür, “arxadakı torpaq” mənasını verir. Əvvəlcə bu termin ixrac və idxal üçün materialların saxlandığı və daşındığı liman sahəsi ilə əlaqəli idi. Sonradan bu sözün istifadəsi genişlənərək müəyyən bir insan məskəninin təsiri altında olan istənilən ərazilərlə əlaqələndirilməyə başlandı. Bir çox anlamlarda istifadə olunur – iqtisadi, siyasi və sair. Məsələn, müstəmləkələr dövründə bu termin koloniyanın bir hissəsi olmasa da, onun təsirinə məruz qalmış Afrikadakı keçmiş Avropa koloniyalarının ətrafında tətbiq edilirdi. Analoji ümumi iqtisadi istifadə ilə hinterland müştərilərin cəlb olunduğu bir xidmətin ətrafındakı əraziyə istinad edə bilər, buna “bazar sahəsi” də deyilir.