Yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO
    • 5-05-2024, 12:17
    • 171

Yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara çağırış edib.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, BDYPİ sosial şəbəkə hesabından paylaşdığı piyada qəzası ilə bağlı videogörüntünün altında, “Əziz piyadalar! Yolun bir tərəfindən o biri tərəfinə keçən zaman mütləq şəkildə sağa-sola baxın, yolu qaçaraq keçməyə çalışmayın. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz” – deyə, yazıb.

Eyni zamanda qurum vurğulayıb:

“Unutmayın! Yolu keçərkən avtomobilin tam dayandığından və sizin üçün təhlükəsiz şərait yarandığından əmin olduqdan sonra yolu keçmək lazımdır”.