"Qulaqcıq taxaraq səslərdən təcrid olmaq  yolverilməzdir"- BDYPİ
    • 2-01-2020, 14:19
    • 731

"Qulaqcıq taxaraq səslərdən təcrid olmaq yolverilməzdir"- BDYPİ

Müşahidələr göstərir ki, son günlər vətəndaşlarımızın avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçmələri halları artıb.

News24.az-ın xəbər verir ki,  bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib. 

Bildirilib ki, vətəndaşlar yolun hərəkət hissəsini yalnız yerüstü və yeraltı keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməklə keçməlidirlər.

Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzərlərində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlidirlər.

Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. 

Avtomobilin tam dayandığını əmin olduqdan sonra yolu keçmək lazımdır.

Eyni zamanda, sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar.

Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyı tövsiyə edilib.