14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
    • 6-05-2024, 11:35
    • 222

14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI

Suraxanıda əri tərəfindən dəfələrlə bıçaqlanan həkim Arzu Balabəyovanın vəziyyəti açıqlanıb.

News24.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, mayın 4-ü saat 22:10 radələrində 1973-cü il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.

O, qarının ön divarının, döş qəfəsinin sol yarısının ön divarının, sol çiyin nayihəsinin və sağ budun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Qaraciyər, mədə yaralarının və kəsilmiş-deşilmiş yaraların birincili cərrahi işlənməsi və tikilməsi əməliyyatı icra edilib. Xəstənin müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1973-cü il təvəllüdlü A. Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. 1970-ci il təvəllüdlü Fikrət Balabəyov ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Hadisədə şübhəli bilinən F. Balabəyov polis tərəfindən saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırma aparılır.

A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.