-
- 26-12-2023, 13:57
- 320
Ögey qızı tərəfindən bıçaqlanan atanın son durumu AÇIQLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda ögey qızı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti barədə açıqlama verib.
News24.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1987-ci il təvəllüdlü şəxs 25.12.2023-cü il tarixində saat 23:40 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:
"Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahiyə profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir".