“Evliliyimi qorumağa çalışdım”
    • 6-05-2024, 20:44
    • 262

“Evliliyimi qorumağa çalışdım”

“8 il rəsmi nikahda olmuşam, vəssalam. Ümumilikdə bu hekayə 12 il davam etdi”.

News24.az OLAY-a istinadla yazır ki, bu sözləri Əməkdar artist Səbinə Babayeva “Danışaq?” verilişində deyib.

Səbinə keçmiş həyat yoldaşı, rejissor Cavidan Şərifovla boşanmasının səbəblərindən söz açıb. Babayeva nikahını qorumaq üçün çalışdığını bildirib: 

“Evliliyimi qorumağa çalışdım. Ailə quranda bu evliliyin birdəfəlik və əbədi olacağını düşünürdüm. Mən tamamilə ailə adamıyam. Boşanmanın səbəbi barışmaz fikir ayrılıqları olub, amma təfərrüatları açıqlaya bilmərəm. Bunlar, təəssüf ki, artıq öhdəsindən gəlmək mümkün olmayan bir neçə səbəbi birləşdirdi”.

 Boşanmasını “faciə” adlandıran və keçirdiyi psixoloji sarsıntılardan hələ də özünə gəlmədiyini söyləyən Səbinə yenidən ailə qurub-qurmayacağı ilə bağlı suala belə cavab verib: 

“Doğrudanmı, bu sual pərəstişkarlarımı narahat edir? Bunu bilmək qeyri-mümkündür, insanın taleyi elədir ki, qarşıda nələr olduğunu bilmirsən, amma əlbəttə ki, məni inandırmasalar, mümkündür”.

Qeyd edək ki, cütlük 2012-ci ilin sentyabr ayında ailə həyatı qurub. Cütlüyün 2016-ci ildə Əli adlı oğlu dünyaya gəlib.