-
- 7-05-2024, 11:59
- 413
AFFA yığmaya yeni məşqçi gətirir?
Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri də bəlli olub.
News24.az İdman.Biz-ə istinadən bildirir ki, Almaniya mətbuatı AFFA-nın Ştefan Kuntsun yığmaya gətirmək istədiyini iddia edir.
Qurum rəhbərliyi 62 yaşlı mütəxəssislə ciddi maraqlanır. Kunts həm də baş məşqçi axtarışında olan "Bavariya"nın da siyahısında yer alıb.
Lakin təcrübəli mütəxəssis klubda çalışmağa meylli deyil. Yığmada çalışmaq istəyən Kunts Azərbaycan deyil, Kanadanı seçməyə yaxındır. O, şimali amerikalılarla təyinatı ilə bağlı konkret danışıqlar aparır.
Kuntsun son iş yeri Türkiyə millisi olub. O, 2021-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər "ay-ulduzlular"a rəhbərlik edib.
Qeyd edək ki, Kunts baş məşqçi karyerasında Almaniyanın U-21 və U-23 yığmalarını, həmçinin aşağı liqa klublarını da çalışdırıb. O, U-21-lə iki dəfə Avropa çempionu, bir dəfə gümüş mükafatçı olub.